Kaliforniyada anomal isti səbəbindən fövqəladə vəziyyət tətbiq edilib
Bakı, 18 iyun, AZƏRTAC
Kaliforniya qubernatoru Gevin Nyusom cümə axşamı günü anomal isti səbəbindən ştatın ərazisində fövqəladə vəziyyət tətbiq olunduğunu elan edib.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, ştatın bəzi ərazilərində havanın temperaturu 48 dərəcəyədək yüksəlib. Ştat administrasiyası başçısının saytında yerləşdirilmiş qərarda bildirilir ki, əhalinin kondisionerlərdən aktiv istifadə etməsi enerji sisteminin hədsiz yüklənməsi və elektrikin kəsilməsi riski yaradır.
ABŞ-ın ən çox əhalisi olan (40 milyona yaxın) ştatın qubernatoru sakinləri elektrik enerjisini qənaətlə işlətməyə, bir neçə gün paltar və qabyuyan maşınlardan istifadə etməməyə çağırıb. Bununla yanaşı, benzin və dizel generatorlarından istifadəyə qoyulan məhdudiyyətləri yumşaltmağa icazə verilib.
Xatırladaq ki, ötən ilin yayında temperaturun 49,4 dərəcəyə yüksəldiyi Los-Ancelesdə sakinlər real enerji kəsintisi yaşayıblar. Son 20 ildə ilk dəfə 200 mindən çox kaliforniyalı bir neçə gün ərzində elektriksiz qalıb. Bundan əlavə, ötən yay anomal istilər səbəbindən ştatda ümumi sahəsi 881,4 min hektarı əhatə edən meşə yanğınları baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]