Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamran Bayramov: 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir

Kamran Bayramov: 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir

Bakı, 11 iyun, Əsəd Məmmədov, AZƏRTAC 

Azərbaycanımızın hər il iyunun 15-də qeyd etdiyi Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı ölkəmizin zəngin çoxəsrlik siyasi tarixinə möhtəşəm hadisə kimi yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

“1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin sükanı arxasında xalqın həmrəyliyini təmin edə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin işğalı, əhalinin gündən-günə ağırlaşan sosial vəziyyəti, ölkə daxilində gərginləşən siyasi vəziyyət, Azərbaycanın bu çətinliklərin qarşısını almaq, xalqı öz arxasınca aparmaq iqtidarında olan rəhbərə ehtiyacı olduğunu şərtləndirirdi. Cəmiyyətimizin bütün zümrələri tam əmin idi ki, müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və böhranlı vəziyyətdən çıxarmağa qadir yeganə siyasətçi məhz Heydər Əliyevdir. Bu, bütün xalqın istəyi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində oldu”,- deyə deputat vurğulayıb.

1993-cü ilin ortalarında daxili hakimiyyət böhranının daha da kəskinləşdiyini qeyd edən Kamran Bayramov bildirib ki, bu dövrdə hakimiyyətdə olan qüvvələr öz savadsız və səriştəsiz əməlləri ilə ölkəmizin müstəqilliyini ciddi təhlükə altına qoydular. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu dövrü barədə belə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı”.

O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə görülmüş təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər dövlətimizin möhkəmlənməsinə, dünya birliyinə inteqrasiya olunmasına və ölkəmizdə vətəndaşların maraq və mənafelərinə cavab verən müasir cəmiyyətin qurulmasına xidmət edib. 1993-cü ildən etibarən Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməsi üçün genişmiqyaslı və köklü islahatlara başlandı.

Deputat bildirib ki, 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Kamran Bayramov deyib ki, həmin vaxtdan bu günə kimi Azərbaycan xalqı 15 iyun gününü ən əziz bayramlardan biri kimi qeyd edir, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir və bu əlamətdar hadisəni məhz Heydər Əliyevin adı ilə bağlayır. Xalqımız və bütün dünya ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasının şahidi olub, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq Heydər Əliyevin səyləri ilə gələcəyə inamla baxan, öz sözünü deyən, qüdrətli bir dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində təşəbbüs etdiyi və gördüyü böyük işlər öz miqyasına görə hər birimizi qürurlandırır. Həmin dövr ərzində azərbaycançılığın, müstəqilliyin və dövlətçiliyin qorunub saxlanılması və gücləndirilməsi naminə milli həmrəyliyin yaradılması istiqamətində təsirli addımlar atılıb, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələri gücləndirilib, onların dil və əqidə birliyini möhkəmləndirmək məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilib.

“Bu gün Azərbaycanda müstəqillik və dövlətçilik ənənələri formalaşdırılıb və heç bir şübhə yoxdur ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi-ictimai xadim kimi apardığı siyasətin əsas amalı Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qorumaq iqtidarında olan qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu ilə addımlayır. Bu yol Heydər Əliyevin yoludur. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Bu, onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb