KANADA-AZƏRBAYCAN ƏMƏKDAŞLIQ ASSOSİASİYASI AZƏRBAYCANDA DİABETDƏN ƏZİYYƏT ÇƏKƏN UŞAQLAR ÜÇÜN XEYRİYYƏ AKSİYASI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAƏA) Azərbaycanda diabetdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə aksiyası keçirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Assosiasiyanın təşəbbüsü ilə ikinci dəfə keçirilən bu tədbirdə Kanada Diabet Assosiasiyası və Londonda fəaliyyət göstərən Dünya Azəri-Türk Qadınlar Cəmiyyəti də iştirak etmişdir.
Toplanmış yüksək keyfiyyətli dərmanların növbəti partiyası Azərbaycana göndərilmişdir.
Bundan başqa, diabet xəstələri üçün müxtəlif çeşidli məhsullar istehsal edən Kanadanın “Novo Nordisk” və “Lilly” şirkətləri ilə KAƏA arasında aparılan danışıqlarda belə humanitar yardımların yaxın gələcəkdə davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]