Kanada Qəzzada ailə qohumları olan vətəndaşları üçün müvəqqəti viza müraciətinə başlayır
Bakı, 22 dekabr, AZƏRTAC
Kanada hökuməti Qəzzada ailə qohumları olan vətəndaşlarını ölkəyə gətirmək üçün müvəqqəti viza müraciətinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya naziri Mark Miller jurnalistlərə bildirib.
Qəzzadakı vəziyyəti xarakterizə edən Miller müvəqqəti viza proqramını 9 yanvar 2024-cü ildə həyata keçirməyi planlaşdırdıqlarını söyləyib.
Miller kanadalıların Qəzzadakı ailə qohumlarına lazımi kriteriyalara cavab verdikləri təqdirdə 3 il müddətinə viza veriləcəyini açıqlayıb.
Müraciətin Qəzzadakı kanadalıların valideynləri, həyat yoldaşları və uşaqları üçün keçərli olacağını bildirən Miller, bu şəxslərin Kanadaya gəlməzdən əvvəl Qahirədə əlavə təhlükəsizlik yoxlamalarından keçəcəklərini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]