“KAPPADOKİYADA BEŞ GÜN” ADLI BEYNƏLXALQ FOTOSƏRGİ AÇILMIŞDIR
Sərgidə Azərbaycan, Türkiyə və Tatarıstandan olan 16 fotoqraf-rəssamın 60 əsəri nümayiş etdirilir. Təqdim edilən ekspozisiya 2004-cü ildə Türkiyənin Kappadokiya bölgəsində ilk dəfə keçirilən Türk dünyası Fotoqrafçılarının Yaradıcılıq Laboratoriyası əsasında çəkilən əsərlərdən ibarətdir.
Həmin tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü və maddi yardımı ilə ölkəmizi Azərbaycan Fotoqrafçılar Birliyinin sədri Rafiq Qənbərovun başçılıq etdiyi 9 nəfərlik heyət təmsil etmişdir. Onlar bir həftə ərzində türk dünyasının digər bölgələrindən gələn həmkarları ilə dostluq və yaradıcılıq münasibəti şəraitində çalışmışlar.
Açılış mərasimində vurğulanmışdır ki, fərqli üslub və texnika ilə yaradılmış və Kappadokiyanı vəsf edən bu əsərlər Bakıdan əvvəl Parisdə, Kazanda və Türkiyənin bir sıra şəhərlərində uğurla nümayiş olunmuşdur.
Sərgi dekabrın 19-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]