Karate üzrə “Baku open” beynəlxalq turnirinin üçüncü gününün qalibləri müəyyənləşib
Bakı, 8 mart, AZƏRTAC
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin üçüncü gününün yarışları keçirilib. Kumite üzrə 10-11, 12-13 yaşlılar arasında yarışlarda Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yarışda 10-11 yaşlı oğlanlar arasında Əli Səfərov (30 kq), Vüsal Qəmbərov (35 kq), Fərid Məmmədov (40 kq), Mətin Cəfərin (45 kq), Cahangir Qayıbov (+45 kq), 12-13 yaşlı oğlanların yarışında isə Ələddin Məlikov (40 kq), Cavid Mustafayev (45 kq), Orxan Musayev (55 kq), Nihat Kərimzadə (+55 kq) qalib olublar.
Qızların mübarizəsində 10-11 yaşlılar arasında Fatma Hacıyeva (30 kq), Nərgiz Həmidova (35 kq), Brilyant Sarıyeva (40 kq), Selcan Quliyeva (+40 kq) birinci yeri tutublar. Nuray Nağıyeva (47), Süsənbər Həsənzadə (+44) 12-13 yaşlı qızların yarışında qalib olublar.
Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan idmançılar iştirak edirlər. Yarışa martın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]