Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karbohidrogen ehtiyatlarının tükənmə riski...

Karbohidrogen ehtiyatlarının tükənmə riski...

Bakı, 30 iyun, AZƏRTAC

Dünyada əhalinin artması və iqtisadiyyatın yüksələn inkişaf tempi enerji resurslarına tələbatın da daim artması ilə nəticələnir. Qlobal miqyasda istehlak edilən enerjinin böyük hissəsi karbohidrogen resurslarının hesabına qarşılanır. İqtisadiyyatda müşahidə edilən inkişaf dinamikası nəticəsində artan enerji tələbatı bir çox hallarda karbohidrogen ehtiyatlarının tükənmə riski məsələsini gündəmə gətirir.

Qlobal karbohidrogen ehtiyatlarının tükənəcəyi ilə bağlı məsələyə birmənalı olaraq cavab tapmaq olduqca mürəkkəbdir. Belə ki, ehtiyatları “təsdiq edilmiş”dən “texniki cəhətdən çıxarıla bilən”ə qədər kateqoriyalara ayırmağın müxtəlif yolları var. Lakin bu kateqoriyaların hamısı belə yerin təkində ehtiyatın hansı həcmdə olmasının dəqiq olaraq müəyyənləşdirilməsi məsələsini tam həll etmir.

Deputat: Azərbaycanda karbohidrogen ehtiyatlarının istifadəsi baxımından aparılan siyasət xarici şokların təsirlərinin minimumlaşdırılmasına gətirib çıxarır

Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a deyib ki, pandemiyanın ən çox təsir etdiyi sektorlardan biri də məhz karbohidrogen sahəsi idi. Nəzərə alsaq ki, pandemiya 2020-ci ildə neft bazarında tələbin kəskin azalmasına gətirib çıxardı. Xüsusən 2020-ci ildə 2009-cu ildən ilk dəfə olaraq, neftə olan tələbatın ən aşağı həddə düşməsi müşahidə olundu. Lakin karbohidrogen ehtiyatlarının tükənməsi ilə bağlı fərqli yanaşmalar var. Çünki yeni ehtiyatların kəşf edilməsi, xüsusən də qlobal dəyişiklik neft daxil olmaqla enerji resurslarına növbəti dövrdə olan tələbi müəyyənləşdirəcək. Bu kontekstdən də karbohidrogen ehtiyatları bazarında növbəti postpandemiya dövründəki vəziyyət birbaşa məhz yataqlardan, eləcə də tələb və təklifdən asılı olaraq dəyişəcək.

“Azərbaycan pandemiya dövründə və ondan əvvəlki illərdə neft sektorunda investisiyaları şaxələndirməyə çalışan ölkələrdəndir. Azərbaycan Türkiyənin enerji sektoru daxil olmaqla xaricdə birbaşa enerji məhsullarının istehsalına investisiya qoyuluşu həyata keçirib. Enerji məhsulları hər zaman rentabelli hesab olunur. Bu da təbii ki, pandemiya dövründə neft qiymətlərinin dünya bazarında aşağı düşməsindən yaranan təsirlərin minimumlaşdırılması baxımından da vacib hesab olunur. Postpandemiya dövründə də neftə olan tələbatın artacağı gözləniləndi. Artıq neft bazarında qiymətlərin artması müşahidə olunur. Xüsusən ötən illə müqayisədə neft bazarında qiymətlər stabildir və artım tendensiyası üzrə davam edir. Bu da neft ölkəsi olan Azərbaycanın gəlirlərinə müsbət təsir göstərir. Bütövlükdə, Azərbaycan pandemiya dövründə, xüsusən də neft sektorunda sərmayələrin şaxələndirilməsinə nail ola bildi. Bu, uzunmüddətli dövrdə dövlət gəlirlərimizin balanslaşdırılması və stabil daxilolmaların əldə edilməsinə imkan yaratmaqla, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirlərin minimumlaşdırılmasına da şərait yaradır”, - deyə V.Bayramov diqqətə çatdırıb.

Qlobal karbohidrogen ehtiyatları nə vaxt tükənəcək?

Karbohidrogen ehtiyatlarının həcmi barədə fikir yürüdülərkən əsasən təsdiq edilmiş ehtiyatlar mövzusuna diqqət yetirilir. Qeyd edək ki, təsdiq edilmiş ehtiyatlar yalnız müəyyən bir bölgənin planlaşdırılan və ya hazırlanan infrastrukturuna əsasən nəzəri olaraq çıxarıla biləcək ehtiyat göstəricisini ifadə edir və texnologiyanın bu məsələyə böyük təsiri var.

Belə ki, zaman keçdikcə və texnologiyalar inkişaf etdikcə bir çox mötəbər enerji təşkilatları “texniki cəhətdən çıxarıla bilən” və ya mövcud metodlar və texnologiyalardan istifadə edərək çıxarıla bilən, lakin iqtisadi cəhətdən səmərəli olmayan ehtiyatlar barədə proqnozlarını dəyişirlər. Bunun nəticəsində isə texniki cəhətdən çıxarıla bilən neft ehtiyatlarının həcmi bəzi yerlərdə təsdiq edilmiş ehtiyatları üstələyir. Məsələn, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) cari ilin fevralında nəşr etdiyi hesabata əsasən, Birləşmiş Ştatların 47,1 milyard barel təsdiq edilmiş ehtiyatla müqayisədə 350,6 milyard barel texniki cəhətdən çıxarıla bilən ehtiyatı var.

Ümumilikdə dünyada karbohidrogen ehtiyatlarının nə zaman tükənəcəyinə aşağıdakı amillərin təsiri önəmli olacaq:

- yeni yataqların kəşf olunması

- istehlak səviyyəsi

- enerji keçidi

- neft-qaz sahəsinə qoyulacaq investisiyalar və bu sahədə texnologiyanın inkişaf səviyyəsi

- iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərin siyasəti

- dünya iqtisadiyyatının artım tempi və sair.

Postpandemiya dövründə bərpaolunan enerji mənbələrinə investisiyalar artacaq?

Enerjiyə olan tələbat artımı karbohidrogen mənşəli yanacaq növlərindən istifadəni də artırıb. Lakin bu enerji növlərindən geniş istifadə paralel olaraq atmosferə atılan karbon qazının artması, iqlimin daha da istiləşməsi və sair ilə nəticələnib. Bu kimi səbəblər dünya ölkələrini enerjidə keçid etməyi, bərpaolunan az karbonlu yaşıl enerji mənbələrindən istifadəni artırmağı, karbohidrogen mənşəli enerji mənbələrindən istifadəni azaltmağı tələb edən bir sıra qərarlar qəbul etməyə məcbur edib. Lakin 2020-ci ildə qlobal iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərən COVID-19 pandemiyası enerji keçidi üçün də proqnozlarda və qoyulan hədəflərə çatmaqda qeyri-müəyyənliklər yaradıb. Pandemiyanın qarşısının alınması ssenarilərindən, böhran sonrası mövcud olacaq davranış, kommersiya və siyasi dəyişikliklərdən, eləcə də bərpaolunan enerji mənbələrinə ediləcək investisiyalarda gözlənilən dəyişkənlik dinamikasından asılı olaraq enerji keçidi sürətlənə və ya yavaşlaya bilər.

Ekspert: Azərbaycan alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı dünyadakı trendlərdən kənarda qala bilməz

İqtisadçı ekspert Elşad Məmmədov AZƏRTAC-a açıqlamasında deyib: “Sözsüz ki, dünya iqtisadiyyatında yeni texnoloji və dünya təsərrüfatı quruluşunun formalaşması ilə bağlı transmormasiyalar texnoloji istiqamətdə dərin şəkildə öz izlərini buraxmaqdadır. Bunun enerji sektoruna təsiri qaçılmazdır. Eyni zamanda, unutmayaq ki, artıq enerji sektorunun inkişafı ilə bağlı həm ötən ilin sərt karantin məhdudiyyətləri, həm dünya iqtisadiyyatındakı böhran kifayət qədər ciddi dəyişikliklərinin formalaşmasına səbəb olur. Bu nöqteyi-nəzərdən, əsas trendlər artıq açıq şəkildə görünməkdədir. Bunlar de-karbonlaşma ilə bağlı karbon emissiyasının və karbon izinin xeyli dərəcədə azalması istiqamətində səylərin reallaşdırılması ilə bağlı alternativ enerji mənbələrinə investisiyaların prioritetliyi ilə bağlı olan trendlərdir ki, yaxın onilliklərdə dünya enerji bazarına bunların təsirini, o cümlədən yaşıl energetikanın inkişafı vasitəsilə müəyyən dərəcədə görəcəyik.

Ekspert qeyd edib ki, bununla yanaşı, bir sıra geosiyasi amillərin də ön plana çıxması enerji bazarına öz təsirini göstərir. Eyni zamanda, bütövlükdə mövcud olan trendlərdə biz, ənənəvi enerji daşıyıcıları nöqteyi-nəzərindən yaxın onilliklər ərzində yalnız qazın istehlakı ilə bağlı artımın gözlənildiyini söyləyə bilərik. Digər ənənəvi enerji resursları ilə bağlı ilə proqnozlar daha pessimist istiqamətdədir. Belə ki, kömürlə neftin xüsusi çəkisinin enerji balansında kəskin şəkildə azalması demək olar ki, bütün ekspert proqnozlarında öz əksini tapır. Eyni zamanda, günəş enerjisinin rentabellik göstəricilərindəki müsbətə doğru formalaşan trendlər bu tip enerji resurslarının istifadəsinin artacağını deməyə əsas verir.

“Bununla yanaşı, hidrogenlə bağlı gözləntilərin də bu istiqamətdə, həm investisiya artımına, həm də istehlak balansında hidrogenin xüsusi çəkisinin artırılmasına şərait yaradacaq. Lakin, hidrogenin yanma dərəcəsi, enerji istehlakı ilə bağlı, bütövlükdə infrastrukturun hidrogenə uyğunlaşdırılması kimi müvafiq texnoloji problemlər vardır. Şübhəsiz ki, böyük investisiyalar zaman tələb edir. Ona görə də bütövlükdə qeyd edə bilərik ki, enerji bazarında yaranan vəziyyət dünya iqtisadiyyatında və geosiyasi nöqteyi-nəzərdən dünyada formalaşan proseslərlə bir uyğunluq təşkil edir. Ancaq dayanıqlı trend ondan ibarətdir ki, faktiki olaraq istilik enerjisi ilə müqayisədə günəş enerjisinin daha rentabelli olması, eyni zamanda, karbon izinin azaldılması ilə bağlı olan trendlər yaxın onilliklərin enerji balansını xeyli dərəcədə müəyyən etmiş olacaq. Bu nöqteyi-nəzərdən sözsüz ki, Azərbaycanda da məhz dünyada mövcud olan trendlərə uyğunlaşma siyasətinin reallaşdırılması tələb olunur. Düşünürəm ki, ölkəmiz “yaşıl energetika” ilə, alternativ enerji mənbələrinin istifadəsi ilə və ətraf mühitə enerji sahəsinin vurduğu zərərlə bağlı olan dünyadakı trendlərdən kənarda qala bilməz. “Yaşıl energetika” ilə bağlı olan gündəlik şübhəsiz ki, Azərbaycanda enerji sahəsi ilə bağlı qəbul edilən idarəetmə qərarlarında müəyyən mənada öz əksini tapmalıdır”, - deyə E.Məmmədov bildirib.

Ənənəvi enerji resurslarından alternativ enerji mənbələrinə keçid hansı illərdə pik həddə çatacaq?

Neft sənayesində uzunmüddətli tələbat proqnozlaşdırılarkən iki ssenari əsas götürülür - “istinad” və “enerji keçidinin sürətlənməsi” variantı. “İstinad” variantı hazırda məlum olan enerji siyasətinə və təmiz enerji texnologiyalarının öyrənilməsinə əsaslandığı halda, “enerji keçidinin sürətlənməsi” variantı sosial və enerji siyasətinin, həm də texnoloji dəyişimin yeni növ təmiz enerji sahələrinin xeyrinə dəyişdiyi vəziyyətə əsaslanır. Lakin qısamüddətli dövrdə COVID-19 pandemiyası neft sənayesi üçün də qeyri-müəyyənliklər yaradıb. Növbəti illərə baxdığımızda, COVID-19-un qarşısının alınması üçün mövcud olan ssenarilər qısa və uzunmüddətli dövr üçün neft tələbatının istinad və sürətləndirilmiş enerji keçidi proqnozlarına da öz növbəsində təsir göstərib.

COVID-19 öncəsi proqnozlara əsasən, daha təmiz yanacaq növlərinə və elektrik enerjisinə davamlı keçid nəticəsində neft tələbatının 2030-cu illərədək pik həddə çatacağı ehtimal olunur. “İstinad” variantında isə neftə tələbatın pik hədd olaraq 106-108 milyon barel/günə çatacağı proqnozlaşdırılır. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozlarına görə, neftin ilkin enerji tələbatında payı 2045-ci ildə 2019-cu illə müqayisədə 31 faizdən 28 faizə enəcək.

BP-nin yayımladığı 2020-ci il üzrə Dünya Enerji Statistik İcmalına əsasən, 2019-cu ilin sonuna dünyanın təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 733,9 milyard barel təşkil edir. 2019-cu ildə isə illik neft istehlakı təxminən 35,9 milyard barel olub. Beləliklə hesablama nəticəsində belə qənaətə gəlmək olar ki, neft ehtiyatları bundan sonrakı dövrdə artmasa və istehlak səviyyəsi 2019-cu il səviyyəsində qalarsa dünyanın neft ehtiyatları 48 il sonra tükənə bilər.

Enerji keçidi hətta sürətlənsə belə, təbii qaz tələbatının artacağı və illik 4 trilyon kubmetrdən yuxarı səviyyələrə qədər yüksələcəyi gözlənilir. Təbii qaza olan tələbat “istinad” və “sürətləndirilmiş keçid” variantlarında dayanıqlı olaraq artır. 2050-ci ildə qaz tələbatının təxminən ildə 5,9 trilyon kubmetrə çatacağı proqnozlaşdırılır. Qaz İxrac Edən Ölkələr Forumunun hesabatına görə, dünyanın enerji tələbatında təbii qazın payı hazırkı 23 faiz səviyyəsindən 2050-ci ildə 28 faizə yüksələcək.

BP-yə görə, 2019-cu ilin sonuna dünyanın təsdiq edilmiş qaz ehtiyatları 198,8 trilyon kubmetr təşkil edib. 2019-cu ildə isə illik təbii qaz istehlakı təxminən 3,9 trilyon kubmetr olub. Beləliklə hesablama nəticəsində belə qənaətə gəlmək olar ki, qaz ehtiyatları bundan sonrakı dövrdə artmasa və istehlak səviyyəsi 2019-cu il səviyyəsində qalarsa qaz ehtiyatları 50 il sonra tükənə bilər.

Şirkətin hesabatlarına əsasən, 1991-ci illə müqayisədə 2019-cu ildə dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon bareldən 1 trilyon 733,9 milyard barelə, qaz ehtiyatları isə 124 trilyon kubmetrdən 198,8 trilyon kubmetrə yüksəlib.

Digər tərəfdən ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesabatına görə, 1991-ci illə müqayisədə 2017-ci ildə dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon bareldən 1 trilyon 647 milyard barelə, qaz ehtiyatları isə 2020-ci ilə görə 119,5 trilyon kubmetrdən 207 trilyon kubmetrə yüksəlib.

Ümumilikdə təsdiq olunmuş ehtiyatlar uzunmüddətli dövrdə ümumi resursların mövcudluğunu qiymətləndirmək üçün uyğun bir ölçü üsulu deyil. Zaman ötdükcə, yeni texnologiyalardan istifadə edilməklə mövcud sahələrdə hasilatın artması və yeni layihələrin inkişaf etdirilməsi ilə qlobal ehtiyatların artması gözlənilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır