Kardinal Parolin: İstanbuldakı danışıqların sülhə yollar açacağına ümidvaram
Vatikan, 16 may, AZƏRTAC
Ümid edirik ki, Rusiya və Ukrayna tərəfləri arasında Türkiyədə başlayan danışıqlar müharibənin sona çatmasına aparan ciddi bir başlanğıc nöqtəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın keçmiş dövlət katibi, kardinal Pietro Parolin deyib.
Kardinal ABŞ-ın vasitəçiliyi ilə baş tutan danışıqların əhəmiyyətini qeyd edib: “Biz həmişə sülh üçün fürsətlərin olmasına ümid edirik. Ümidvarıq ki, orada mövcud problemlər həll olunar və həqiqi bir sülh prosesi başlaya bilər”.
O, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun Ukraynaya səfəri ilə bağlı danışmağın hələ tez olduğunu bildirib.
Pietro Parolin, həmçinin Papa XIV Leonun pontifikliyinin başlanmasına həsr olunan mərasim çərçivəsində ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşünün nəzərdə tutulduğunu da qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]