“Kayrat”–“Az Alkmar” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Bakı, 23 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Az Alkmar” (Hollandiya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
AZƏRTAC xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, matç iyulun 26-da Qazaxıstanın Almatı şəhərindəki “Ortalyk” stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]