“Kazan-2022” koronavirus pandemiyası səbəbindən növbəti ilin yanvarına təxirə salınıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Kazanda 2022-ci il yanvarın 22-28-də keçirilməsi planlaşdırılan Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən növbəti ilin yanvarına təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumdünya Xüsusi Olimpiya Oyunları dörd ildə bir dəfə həm qış, həm də yay idman növləri üzrə keçirilir. Birinci Xüsusi Olimpiya Oyunları 1968-ci ilin iyul ayında Çikaqoda keçirilib.
Qeyd edək ki, Xüsusi Olimpiya Oyunlarında əqli cəhətdən qüsurlu şəxslərin iştirakına icazə verilir. Yarış iştirakçıları idman hazırlıqlarından asılı olaraq divizionlara bölünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]