Kazan şəhəri İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı elan edilib
Moskva, 20 noyabr, AZƏRTAC
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Paytaxtı elan edilib.
AZƏRTAC xəbər verir ki, bunu Tatarıstan Prezidenti Rüstəm Minnixanov bəyan edib.
Tatarıstan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir: “Noyabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər forumunun idarə heyətinin iclasında Kazan şəhərinə “İƏT-in Gənclər paytaxtı -2022” statusu verilməsi barədə qərar qəbul edilib. Müxtəlif illərdə İstanbul (Türkiyə), Şiraz (İran), Putracaya (Malayziya), Fes (Mərakeş), Doha (Qətər) və bir sıra başqa şəhərlər bu statusa layiq görülüb”.
R.Minnixanov qeyd edib ki, bu hadisə Volqa Bulqariyası tərəfindən İslam dininin qəbul edilməsinin gələn il qeyd olunacaq 1100 illiyi ərəfəsində rəmzi məna daşıyır.
Kazan şəhərinə İƏT-in Gənclər Paytaxtı statusu verilməsindən əvvəl böyük hazırlıq işi görülüb. Artıq uzun illərdir ki, Tatarıstan beynəlxalq miqyaslı iri gənclik tədbirlərinə ev sahibliyi edir.
Tatarıstan Prezidenti vurğulayıb ki, 2022-ci ildə Kazanda bu statusla İƏT ölkələrinin gənclər məsələləri üzrə nazirlərinin iştirakı ilə qlobal gənclər sammiti, gənclərin beynəlxalq müsəlman mədəniyyəti festivalı, beynəlxalq cıdır yarışları və bir sıra digər beynəlxalq tədbirlər keçirilməsi planlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb
- 15.08.2026 [22:51]
Beyləqanda bir nəfər suvarma kanalında batıb
- 15.08.2026 [22:28]
Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib
- 15.08.2026 [21:28]
Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib
- 15.08.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 15.08.2026 [20:00]
ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb
- 15.08.2026 [19:10]
Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb
- 15.08.2026 [18:44]
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- 15.08.2026 [18:23]
BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub
- 15.08.2026 [17:13]
Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür
- 15.08.2026 [16:48]
Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib
- 15.08.2026 [16:17]
Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH
- 15.08.2026 [15:25]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 15.08.2026 [15:17]
Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır
- 15.08.2026 [15:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 15.08.2026 [14:58]
İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir
- 15.08.2026 [14:55]
İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB
- 15.08.2026 [14:13]
“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar
- 15.08.2026 [13:20]
Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
- 15.08.2026 [13:08]
Amerikalı basketbolçu "Neftçi"də
- 15.08.2026 [12:57]
Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb
- 15.08.2026 [12:51]
İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
- 15.08.2026 [12:45]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 15.08.2026 [12:40]
Bu saata olan əsas xəbərlər
- 15.08.2026 [12:00]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA
- 15.08.2026 [11:59]