KAZANDA “DİN VƏ İNSAN HÜQUQLARI” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏK
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə din və insan hüquqları, dini etiqad azadlığının təminatı, insan hüquq və azadlıqlarının qorunmasında dini təşkilatların rolu mövzularında və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
E.Süleymanova ölkəmizdə dinlər vasitəsilə sülh mədəniyyətinin təbliği istiqamətində görülən işlər barədə məlumat verəcək, bir sıra Avropa ölkələrinin kütləvi informasiya vasitələrində İslam dininə qarşı yönəlmiş təbliğatın, karikaturaların verilməsinin etik normalara zidd olduğunu, əxlaq prinsiplərinə sığmadığını, mənəvi dəyərlərə, dinlərarası münasibətlərə zərbə vurduğunu və müxtəlif dinlərə etiqad edən xalqlar arasında nifaq saldığını diqqətə çatdıracaqdır.