Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçən on il ərzində Azərbaycan Avropa Şurasının inkişafına layiqli töhfəsini vermişdir

Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 10 il keçir.

Müasir dövrdə ümumavropa məkanında insan hüquqlarının qorunması və gənc müstəqil dövlətlərdə demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, qitədə sülhün, təhlükəsizliyin qorunmasında, qlobal problemlərin həllində müstəsna rol oynayan Avropa Şurası öz strukturuna, işinin çoxşaxəliliyinə görə mürəkkəb bir sistemdir. Bu gün Avropada ən aktual problemlərdən olan insan hüquqlarının məhəlli səviyyədə müdafiəsi ilə müxtəlif institutlar, o cümlədən Avropa İttifaqı və ATƏT məşğul olsa da, “insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi” dedikdə bir qayda olaraq Avropa Şurasını və onun çərçivəsində yaradılan nəzarət mexanizmlərini nəzərdə tuturlar.

Uzun müddət, təxminən 60 illik dövr ərzində aşkar edilmiş bəzi zəif cəhətlərinə və nöqsanlarına baxmayaraq, Avropa Şurası insan haqlarının müdafiəsi üçün ən yararlı sistem kimi özünü təqdim edərək Avropa insan haqlarının beynəlmiləlləşməsinə, onların universal mahiyyət kəsb etməsinə, beynəlxalq münasibətlərin predmetinə və qayğısına çevrilməsinə güclü təkan vermişdir.

Müstəqil Azərbaycan Respublikası bu gün demək olar ki, əksər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək üçün üzv dövlətlər arasında sıx əlaqələr yaratmasında müstəsna xidmətlərə malik olan Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın siyasi təhlili, öz aktuallığı baxımından digər sadaladığımız qurumlarla müqayisədə daha yüksəkdə durur.

2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilmiş iclasda Azərbaycanın bu təşkilata üzv qəbul olunması barədə qərar qəbul edilmişdir. Bundan bir neçə gün sonra, yanvarın 25-də isə Avropa Şurasının binası önündə Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələr müqavimət göstərsələr də, ulu öndər Heydər Əliyevin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı.

Azərbaycanın Avropa Şurasına qəbulu beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Azərbaycanın bu təşkilata üzv qəbul olunması ilə Avropa strukturlarında mövqeyi gücləndi. Azərbaycan bununla da həqiqətlərini dünyaya bəyan etmək üçün daha bir beynəlxalq tribuna qazandı. Respublikamızın bu mötəbər quruma üzv qəbul edilməsi ilə rəsmi Bakı xarici siyasətdə qarşıya qoyduğu əsas məqsədlərindən daha birini reallaşdırdı və ölkəmiz Avropa ailəsində layiqli yerini tutdu. Buna qədər isə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsipləri bərqərar edilmişdi və ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasında özünün təsdiqini tapmışdı.

Hüquqi dövlət quruculuğu yolunda demokratik təsisatların inkişafını strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan bir sıra beynəlxalq saziş və konvensiyalara qoşulmuşdu. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan qətiyyətlə tarixi qərar verərək ölüm hökmünü ləğv etmişdi. Bütün bunların nəticəsi olaraq, Azərbaycan daha bir beynəlxalq təşkilata daxil olmuşdu.

2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasimdə ümummilli lider Heydər Əliyevin ölkəmizin ümumavropa dəyərləri xəzinəsinə töhfələr verməyə hazır olduğu barədə söylədiyi fikir zaman keçdikcə təsdiqini tapmış, Azərbaycan Avropa Şurasının inkişafına layiqli töhfəsini vermişdir. Azərbaycan artıq Avropa ailəsində özünə möhkəm yer tutmuş və burada kifayət qədər böyük nüfuz sahibidir.

2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri olmuşdur. Yeni statusla fəaliyyətə başlayan İlham Əliyevin ilk addımı da məhz Ermənistanın təcavüzkar siyasətinin nəticələrini beynəlxalq aləmə çatdırmaqdan ibarət olmuşdur. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənmiş və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edilmişdir.

Azərbaycan Prezidentinə AŞPA-nın Fəxri üzvü diplomu və medalı təqdim olunması bu təşkilatın İlham Əliyevin səmərəli fəaliyyətinə verdiyi yüksək qiymət kimi səciyyələndirilə bilər. AŞPA-nın sədri Piter Şider Azərbaycan Prezidenti İlham Əliyevə Fəxri üzv diplomunu və medalını təqdim edərkən demişdir: “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞPA-nın ən fəal rəhbərlərindən biri, nəhayət ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur”.

Prezident İlham Əliyevin AŞPA-da gördüyü işlər nəticəsində Azərbaycan nümayəndə heyətinin qurumda rolu əhəmiyyətli dərəcədə artdı. Azərbaycan torpaqlarının ermənilər tərəfindən yox, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi faktını Avropa Şurası rəsmən tanıdı. İşğal olunmuş bölgələrin adları isə AŞPA-nın rəsmi sənədində yazıldı. Dövlətimizin başçısının fəaliyyəti nəticəsində Avropa Şurası Azərbaycan reallıqlarını qəbul edir, ermənilərin saxta məlumatlarına inanmır və Ermənistanı işğalçı kimi tanıyır.

Azərbaycan parlamentinin nümayəndə heyətinin ötən on il ərzində AŞPA-dakı uğurlu fəaliyyəti ölkəmizin Avropa ailəsində yerinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, demokratiyanın daha da inkişaf etdirilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş yayılmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin istər AŞPA-da nümayəndə heyətimizə rəhbərlik etdiyi dövrdə, istərsə də bugünkü fəaliyyətində mükəmməl diplomatik gedişləri və möhkəm qətiyyəti sayəsində ölkəmiz Avropa Şurasını fəth etmiş Avropanın aparıcı dövlətləri ilə bir sırada dayanır.

Bu gün Azərbaycan dövlətinin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, respublikamızda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir.

Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirmiş, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəllifi olduğu mükəmməl konsepsiya əsasında beynəlxalq təşkilatlarla həyata keçirilən münasibətlərin nizamlanması prosesinə xüsusi diqqət yetirilir.

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO