KEÇİRİLMİŞ ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİ UĞURLU OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 24-də Qaradağ rayonu ərazisində meyiti tapılmış Mübariz Hüseynovun qətlə yetirilməsi və ona məxsus “VAZ-2107” markalı AZ 10 OL 094 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində dövlət tanınma nişanları olmayan “VAZ-2107” markalı avtomaşın Baş Dövlət Yol Polisi İdarəsi yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirmişdir. Görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılmışdır. Baxış zamanı nəqliyyat vasitəsindən AZ 10 OL 094 dövlət nömrə nişanı və digər sənədlər aşkar edilmişdir. Araşdırma aparılması üçün avtomaşın və sürücü, Ələt qəsəbəsinin sakini Ruslan Mayılov Qaradağ Rayon Polis İdarəsinə təhvil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]