KƏND İDMANÇILARI GÜCLƏRİNİ SINAMIŞLAR
Paytaxtın Yasamal rayonundakı stadionda “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası və “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının təşəbbüsü ilə “Kənd idmançıları - Vətənin müdafiəsinə hazır olun!” devizi altında “Əməyə, müdafiəyə hazır ol!” kompleksi üzrə ənənəvi respublika final yarışları keçirilmişdir.
Yarışların bölgələrdə keçirilmiş birinci mərhələsində 10 mindən artıq yeniyetmə və gənc iştirak etmişdir.
Final mərhələsində 23 rayondan 100-ə yaxın gənc 60 metr məsafəyə yüklə qaçış, 3 min metr məsafəyə qaçış, qumbara atmaq, turnikdə dartınmaq və uzununa tullanmaq üzrə yarışlarda qələbə uğrunda mübarizə aparmışdır.
Ümumi hesabda Qusar, Zərdab və Cəlilabad komandaları müvafiq olaraq 1, 2, 3-cü yerləri tutmuşlar.
Fərdi hesabda birinci yerə 16-18 yaş qrupunda Ağstafa idmançısı Elgün Qarayev, 19 və yuxarı yaş qrupunda isə Qusar idmançısı Kamran Babayev çıxmışlar.
Yarışlarda “Füzuli”, “Zəngilan”, “Laçın”, “Qarabağ” komandaları da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]