KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ YIĞIMI DAVAM EDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Sentyabrın 1-dək aqrar bölmədə, qarğıdalı da daxil olmaqla, 762,5 min hektar sahənin məhsulu toplanmış və həmin sahələrdən 1975,6 min ton məhsul götürülmüşdür. Hər hektarın məhsuldarlığı orta hesabla 25,9 sentner olmuşdur. Yığım başlanandan bəri tarlalardan 709,1 min ton kartof, 938,1 min ton tərəvəz, 235,1 min ton meyvə və giləmeyvə, 314,9 min ton bostan məhsulları, 20,4 min ton üzüm, 2,7 min ton tütün, 505,1 ton yaşıl çay yarpağı yığılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]