Azərbaycan Dövlət İnformasiya Agentliyi

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSMƏT ABASOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Aqrar sektorda son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına imkan yaratmaqla, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.

2008-ci ilin birinci yarısında 1 milyard 101 milyon 900 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının 10,7 faiz, o cümlədən bitkiçilikdə 21 faiz və heyvandarlıqda 3,2 faiz artmasını təmin etmişdir.

Aqrar islahatlar başlayandan ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalının artım tempi ilk dəfə 2008-ci ilin birinci yarısında 10,7 faiz olmuşdur. Ölkəmizdə payızlıq və yazlıq dənli, dənli paxlalıların əkin sahələri artırılmışdır. 2007-ci ilin payızında və 2008-ci ilin yazında bu ilin məhsulu üçün 863 min 880 hektar sahədə payızlıq və yazlıq dənli, dənli paxlalılar səpilmişdir ki, bu da 2007-ci ilin məhsulu üçün səpilmiş sahədən 158,1 min hektar çoxdur.

Cari ilin avqust ayının 4-ü vəziyyətinə 845 min 821 hektar sahənin taxılı biçilmiş və 2 milyon 287 min 174 ton məhsul istehsal edilmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 482 min ton çoxdur.

Qeyri-sabit hava şəraitinə baxmayaraq, cari ildə 2007-ci ilə nisbətən təxminən 500 min tona yaxın taxıl, o cümlədən təxminən 370 min tona yaxın buğda istehsalının artması və hər hektardan məhsuldarlığın 27 sentner olacağı gözlənilir.

Cənab Prezident, qürur hissi ilə yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, aqrar sahəyə göstərdiyiniz qayğının nəticəsində Azərbaycanda ilk dəfə olaraq payızlıq və yazlıq dənli, dənli paxlalıların istehsalının qarğıdalı ilə birlikdə 2 milyon 500 min tondan çox olacağı gözlənilir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, ölkəmizin coğrafi-iqlim şəraiti nəzərə alınmaqla torpağın münbitliyinin artırılması, bitkilərin becərilməsində mütərəqqi texnologiyaların tətbiqi, mineral gübrələrdən və suvarma suyundan aqrotexniki tələblərə uyğun olaraq vaxtında və lazımi miqdarda istifadə edilməsi, bitkilərin xəstəlik və ziyanvericilərdən qorunması, texnoloji xəritələrə uyğun olan digər tədbirlərin həyata keçirilməsi hesabına bu göstəricilərdən 1,5-2 dəfə artıq məhsul götürmək qarşımızda duran mühüm məsələlərdən biridir. Respublika əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ilbəil yüksəlir, ixrac olunan məhsulların miqdarı və çeşidi artır. Belə bir şəraitdə istehsal edilən məhsulun müəyyən hissəsinin dövlət tərəfindən satın alınması məqsədəuyğun olardı.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının müddəalarına uyğun olaraq ölkəmizdə intensiv tipli yeni meyvə və üzüm bağları salınmışdır. 2004-2007-ci illərdə 14 min 58 hektar meyvə bağı, 4679 hektar üzümlüklər salınaraq, meyvə bağlarının ümumi sahəsi 114 min hektara, üzümlüklər isə 11,1 min hektara çatdırılmışdır.

Heyvandarlığın inkişaf etdirilməsində də məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ilin birinci yarısında heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı da sabit templə yüksəlmiş və ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,9 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 13,1 faiz, yun istehsalı isə 3,1 faiz artmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, heyvandarlıq məhsulları istehsalının artırılması onların baş sayının çoxaldılması hesabına deyil, respublikaya yeni məhsuldar cins qaramalın gətirilməsi ilə artırmaq zərurəti yaranmışdır.

Möhtərəm cənab Prezident, məlum olduğu kimi, əhalinin etibarlı ərzaq təminatının başlıca amillərindən biri ümumi makroiqtisadi şəraitin əlverişli olması və vətəndaşların gəlirinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsinin təmin edilməsidir. Bu baxımdan 2004-2008-ci ilin birinci yarısı ərzində nəinki makroiqtisadi sabitliyə nail olunmuş, hətta iqtisadi artıma görə ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin Prezidenti tərəfindən verilmiş 2007-ci il 23 yanvar tarixli Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi üçün 80 milyon manatın ayrılması, “Aqrolizinq” ASC tərəfindən gətirilən kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlığın lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə 40 manat yardımın verilməsi, toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən subsidiyaların ödənilməsi və s. kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısının bariz təzahürüdür.

Hazırda ölkə əhalisinin ərzaq buğdası ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 2009-cu ilin məhsulu üçün 620 min hektar sahədə buğda əkilməsindən ötrü 136 min 400 ton yüksək reproduksiyalı toxuma tələbat vardır. Səpini aqrotexniki müddətdə və keyfiyyətlə aparmaq üçün ölkəyə rayonlaşdırılmış yüksək reproduksiyalı toxum gətirilməsinə ehtiyac duyulur.

Ölkədə məhsul istehsalının artırılmasında, məhsulun vaxtında və itkisiz yığılmasında, istehsalçılara mexanikləşdirilmiş xidmətlərin göstərilməsində traktor, kombayn və digər kənd təsərrüfatı maşın və avadanlığının rolu böyük olmuşdur.

Sizin Sərəncamınızla yaradılan “Aqrolizinq” ASC-nin aqrar sahənin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsində müstəsna rolu olmuşdur. Fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində cəmiyyət tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına 565 taxılyığan kombayn, 1578 traktor, 120 ekskavator, 21 texnoloji avadanlıq, 4396 ədəd digər kənd təsərrüfatı maşınları, 161 min ton mineral gübrələr alınmışdır ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. “Aqrolizinq” ASC-nin uğurlu fəaliyyətinin nəticəsidir ki, son illərdə kənd təsərrüfatı məhsulları istehsalında texnika çatışmazlığı olmamışdır.

Cənab Prezident, göstərilən diqqət və qayğıya görə Sizə respublikamızın fermerləri və sahibkarları adından dərin minnətdarlığımızı bildiririk.

Qeyd edildiyi kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri də torpaqdan səmərəli istifadə edilməsidir. Əkilmiş sahənin ümumi əkin sahəsində tutduğu xüsusi çəkisinin 2000-ci ildəki 51,1 faizdən 2007-ci ildə 81 faizə çatdırılmasına baxmayaraq, hələ ki, kənd təsərrüfatı məhsulları istehsalı həcminin əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına tam təmin edilməsi səviyyəsinə yüksəldilməsinə nail ola bilməmişik. Bunun başlıca səbəblərindən biri də əkin sahələrinin aqrotexniki müddətlərdə və bitkilərin bioloji tələbatına müvafiq suvarma suyu ilə təmin edilməməsidir.

Ölkədə baytarlıq sahəsi üzrə müvafiq işlər davam etdirilmişdir. Respublikada quş qripi və digər təhlükəli xəstəliklərə görə epizootik durum sabitdir və bu işlərə daimi nəzarət edilir. Fitosanitar vəziyyətin sabitliyinin qorunması məqsədi ilə 2008-ci ilin altı ayı ərzində məqsədyönlü işlər görülmüş, qanunvericilik sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş və beynəlxalq əlaqələr genişləndirilmişdir.

Cari ilin 6 ayı ərzində Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə bağlanmış sazişlər əsasında kənd təsərrüfatının inkişafına yönəldilmiş 4 layihənin icrası və banklar vasitəsilə büdcə vəsaiti hesabına aqrar sektorda çalışan sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilmişdir. Kreditlərə olan ehtiyacların çoxalmasını nəzərə alaraq, növbəti illərdə onun artırılması məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edirik. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında yeni məhsuldar sort və texnologiyaların tətbiqində aqrar elmin fəaliyyəti ildən-ilə genişlənir.

Son illərdə aqrar sənaye məhsullarının ixracı da davamlı olaraq artmış və 2004-cü ildə 137 milyon ABŞ dollarından 2007-ci ildə 438,2 milyon ABŞ dollarına yüksəlmişdir. Cari ilin beş ayında isə Azərbaycandan 51,4 milyon ABŞ dolları məbləğində bitkiçilik və 6,3 milyon dollar məbləğində heyvandarlıq məhsulları ixrac edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən uyğun olaraq 13,9 milyon və 2,9 milyon ABŞ dolları çoxdur.

Ölkədə süni qiymət artımının qarşısını almaq məqsədi ilə, cənab Prezident, Sizin göstərişinizlə 2006-cı ilin iyul ayından indiyədək hər həftənin şənbə, bazar günlərində və bayramlarda Bakı şəhərinin müxtəlif rayonlarında kənd təsərrüfatı və emal sənayesi məhsullarının satışı üzrə yarmarkalar keçirilir. Avqustun 3-ü tarixə 215 dəfə yarmarka keçirilmiş və bu yarmarkalarda 43 min tondan çox müxtəlif kənd təsərrüfatı və emal sənayesi məhsulları satılmışdır.

Möhtərəm cənab Prezident!

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə hərtərəfli kömək və qayğınıza görə respublikanın aqrar sahəsində çalışan fermerlər və sahibkarlar adından Sizə bir daha öz dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirəm ki, bu diqqət və qayğıya cavab olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, əhalimizi keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək