KƏND TƏSƏRRÜFATI TEXNİKASININ ALINMASI DAVAM EDİR
Ötən 8 il ərzində Yaponiya hökumətinin ümumi qrant yardımları çərçivəsində ölkəmizə 213 traktor, 207 taxılyığan kombayn və 186 toxumsəpən aqreqat gətirilmişdir.
Alınmış bütün texnika lizinq qaydasında respublikanın rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatlarına, digər hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının məlumatına əsasən, Yaponiya qrantları hesabına alınan texnikanın istifadəsindən Tərəfdaşlıq Fonduna yığılan vəsaitə yenidən kənd təsərrüfatı texnikası alınacaqdır. Artıq bu məqsədlə tender keçirilmişdir. Bu qrant proqramı hesabına alınan 773 ədəd texnikanın isifadəsindən 62614,4 milyon manata (köhnə manatla) qarşı 34237,8 milyon manat, Tərəfdaşlıq Fondu hesabına alınan 352 texnikanın istifadəsindən isə 3306,0 milyon manat əvəzinə 4003,5 milyon manat gəlir əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]