KƏNDDƏ YENİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Şəmkir rayonunun əsasən, Ermənistandan didərgin düşmüş soydaşlarımızın məskunlaşdıqları Yeni Göyçə kəndində 256 nömrə tutumu olan yeni ATS istifadəyə verilmişdir. Stansiyada quraşdırılmış müasir avadanlıq kənd əhalisinin qısa vaxt ərzində dünyanın müxtəlif ölkələri ilə telefon əlaqəsi yarada bilməsinə imkan vermişdir.