KƏNDİN İÇMƏLİ SU PROBLEMİ HƏLL EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboy rayonunun Qarapirimli kənd sakinlərinin içməli su problemi həll edilmişdir. Bir neçə il idi ki, kənd sakinləri müxtəlif vasitələrlə 4 kilometr məsafədən su daşımaqla ehtiyaclarını ödəyirdilər. Bu günlərdə çəkilən yeni su xətti onların çətinliyini arxada qoymuşdur. Rəmzi açılış mərasimində çıxış edən sakinlər xeyirxah işi görənlərə minnətdarlıq etmiş, bunu əhalinin sosial problemlərinin həlli istiqamətində atılan daha bir addım kimi qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]