KƏNDİN SOSİAL PROBLEMLƏRİ HƏLL EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə Gədəbəy rayonunun Tərs yer kəndində yeni məktəb və feldşer-mama məntəqəsinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən kənd ağsaqqalları və ziyalılar son vaxtlar Gədəbəydə aparılan abadlıq işlərindən, ölkəmizdə təhsilin və səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışmışlar.