KƏNDLƏRƏ TƏBİİ QAZ VERİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bölgələrdə əhalinin sosial problemlərinin həlli ilə əlaqədar ölkəmizin Prezidentinin tapşırıqlarının icrası istiqamətində tədbirlər davam etdirilir. Hazırda rayonun ən iri yaşayış məntəqələrindən olan və son iki ildən bəri mavi yanacaqla təminatı dayandırılmış Sabir qəsəbəsinə təbii qazın verilməsi tezliklə bərpa olunacaq. Hazırda kəmərlərdə təmir işləri sürətlə davam etdirilir.
Kəndlərdə təbii qazın bərpası meşələrin qırılmasının qarşısını almağa kömək edəcəkdir.