Keniyada iki təyyarə toqquşub, ölənlər var
Bakı, 5 mart, AZƏRTAC
Keniyanın paytaxtı Nayrobidə “Safarilink Aviation” aviakompaniyasına məxsus “Cessna” və “Dash 8” təyyarələri toqquşub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Nayrobi şəhərinin cənubunda, Vilson hava limanı yaxınlığındakı Milli Park üzərində baş verib. Yeri hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı təlim uçuşu həyata keçirən “Cessna” təyyarəsinin göyərtəsindəki iki nəfər həlak olub.
Toqquşma nəticəsində zədələnən “Dash 8” təyyarəsi hava limanına qəza enişi edib. Təyyarədəki 39 sərnişin və 5 ekipaj üzvü qəzadan sağ qurtarıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Vilson hava limanı əsasən təlim uçuşları üçün istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]