“Kəpəz” klubu Premyer Liqada altı ildən sonra ardıcıl iki qələbə qazanıb
Bakı, 27 fevral, AZƏRTAC
“Kəpəz” futbol klubu Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Turnirin XXIII turunda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri növbəti mərhələdə “Sumqayıt”a qalib gəliblər - 2:1.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Gəncə təmsilçisi Premyer Liqada altı ildən sonra ardıcıl iki qələbə qazanıb. “Kəpəz”in sonuncu belə uğuru 2016-2017-ci il mövsümünə təsadüf edib. 2017-ci ilin aprelində komanda ardıcıl dörd matçda üç xal qazanıb. Gəncə klubu 2017-2018-ci il mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.
Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]