“Keşlə” çempionatda 800-cü qolunu vurub
Bakı, 4 aprel, AZƏRTAC
“Keşlə” klubu Azərbaycan çempionatlarında 800-cü qolunu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXI turunun “Qəbələ” ilə matçına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşdəki ilk qolun müəllifi Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]