KEYFİYYƏT GÖSTƏRİCİSİ DÜNYA STANDARTLARI SƏVİYYƏSİNİ ÖTMÜŞDÜR
“Azərsun Holdinq” şirkətlər qrupunun istehsal etdiyi bitki yağları keyfiyyətinə görə dünya standartları səviyyəsini arxada qoymuşdur. Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ən yüksək standartlara görə bitki yağlarında kənar qatışıqlar 0,03 faiz nəzərdə tutulursa “Azərsun Holdinq”in Bakı yağ və qida sənaye müəssisəsində bu rəqəm 0,002 faiz təşkil edir. Yeni mütərəqqi texnologiyanın tətbiqi müəssisədə ekoloji cəhətdən daha təmiz məhsul istehsal etməyə zəmin yaratmışdır.
Bitki yağlarının saflaşdırılması sahəsində görülən işlər müəssisənin xarici ölkələrdəki sifarişiçilərinin sayının gündən-günə artmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]