Keytrinq müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Kütləvi tədbirlər zamanı iştirakçıların qidalanmasının təhlükəsiz və mövcud tələblərə uyğun təşkili Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təmin edilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə qidalanmanı təşkil edəcək keytrinq müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ tələblər bir daha sahibkarların diqqətinə çatdırılıb, keytrinq şirkətləri tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Bundan əlavə, qida məhsullarının keyfiyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu, onların düzgün daşınması və saxlanılma şəraiti, həmçinin personalın gigiyenik hazırlığı ilə bağlı əlavə tövsiyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]