“Kiçik Akademiya”nın şagirdləri Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlarla tanış olublar
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ölkəmizdə fəaliyyət göstərən ali və orta məktəblərlə əlaqələrini davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, orta məktəblərdə elmə maraq yaratmaq məqsədilə təşkil edilən “Kiçik Akademiya”ların şagirdləri AMEA-nın elmi təşkilatlarına gəlir, onlarla müxtəlif mövzularda müzakirələr aparılır. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Suraxanı rayonunda yerləşən 101 nömrəli məktəbin “Kiçik Akademiya” üzvləri ilə Ədəbiyyat İnstitutunda görüş keçirilib. Görüşdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli müasir ədəbiyyatşünaslıq elminin inkişaf tendensiyaları, Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar və yeniliklər barədə şagirdlərə məlumat verib.
Ədəbiyyat İnstitutunun nəşri olan kitablar şagirdlərə hədiyyə olunub. Məktəbin müəllimləri Validə Səlimova və Sevinc Yaxşıyevanın rəhbərliyi ilə görüşə gələn şagirdlər Ədəbiyyat İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]
Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr
- 05.10.2026 [12:05]
Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir
- 05.10.2026 [12:02]
Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır
- 05.10.2026 [11:57]
Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol
- 05.10.2026 [11:52]