KİMSƏSİZ VƏ ƏLİL UŞAQLARI SEVİNDİRMİŞLƏR
“Omnitel” şirkətinin, TÜSİAB-ın və Gəncliyə Yardım Fondunun dəstəyi ilə təşkil olunmuş bayram şənliyində lal-kar uşaqlar üçün 1 nömrəli məktəbdən, 7 nömrəli Suraxanı yardımçı internat və Mərdəkandakı 2 nömrəli internat məktəblərindən 200-ə yaxın uşaq iştirak etmişdir.
Teatrın direktoru Arif Qazıyev, Birliyin sədri Azadə Hüseynova uşaqları bayram münasibətilə təbrik etmiş, Qurban bayramının tarixindən, əhəmiyyətindən danışmışlar.
Təhsil nazirinin müavini İradə Hüseynova ümummilli lider Heydər Əliyevin kimsəsiz, valideyn himayəsindən məhrum və əlil uşaqlara göstərdiyi qayğıdan söz açmış və demişdir ki, indi bu nəcib iş Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il Azərbaycanda çoxsaylı məktəblər tikilmiş, uşaq evləri, internat məktəbləri əsaslı təmir olunmuş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Natiq qeyri-hökumət təşkilatlarının da bu cür tədbirlər keçirməsini yüksək qiymətləndirmiş və ənənənin davamlı olmasını arzulamışdır.
Sonra uşaqlara hədiyyələr paylanmışdır.
Tədbir incəsənət ustalarının iştirakı ilə davam etdirilmişdir.