KİNOREJİSSOR ƏJDƏR İBRAHİMOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
İttifaqın birinci katibi, xalq artisti Rasim Balayev tədbiri açaraq görkəmli rejissorun həyat və yaradıcılığı barədə danışmışdır. Bildirmişdir ki, Ə.İbrahimov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu qurtardıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında çalışaraq bir sıra dəyərli filmlər çəkmişdir. Rejissorun “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “26 Bakı komissarları”, “Ulduzlar sönmür” filmlərini tamaşaçılar indi də yaxşı xatırlayırlar.
Xalq artistləri rejissor Rasim Ocaqov, Amalya Pənahova, kinoşünas Aydın Kazımzadə, rejissor Xocakuli Narliyev və başqaları Ə.İbrahimovun pedaqoji fəaliyyətindən ətraflı bəhs etmiş, onu böyük sənətkar, xeyirxah, qayğıkeş insan kimi dəyərləndirmişlər.
Görkəmli rejissorun həyat yoldaşı, ssenarist Marqarita Zaxarova ərinin xatirəsini yad etdiklərinə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Axırda böyük türk şairi Nazim Hikmətin “Məhəbbət haqqında əfsanə” pyesi əsasında çəkilmiş, SSRİ–Türkiyə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]