Kişi idman gimnastlarımız İslamiadada uğurla çıxış ediblər
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında idman gimnastikasında təsnifat yarışları başa çatıb. Təsnifat mərhələsi kişilər arasında sərbəst hərəkətləri, paralel qollar və halqalarla hərəkətləri əhatə edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil ediblər. Sərbəst hərəkətlər üzrə Azərbaycan təmsilçilərindən Murad Ağarzayev, halqalarla hərəkətlər üzrə təmsilçilərimiz Talas Bence və Murad Ağarzayev, paralel qollar üzrə Timur Bayramov, Talas Bence və Murad Ağarzayev finala çıxıblar.
İdman gimnastikasının bu hərəkətləri üzrə ümumilikdə Azərbaycan gimnastları ikinci yerdədir.