KİŞİ ŞAHMATÇILARIN RESPUBLİKA ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında ölkə çempionatında birinci turun oyunları başa çatmışdır.
İlk turda Fərid Abbasov, Nicat Məmmədov, Rəhim Qasımov qələbə qazanmışlar. Rəşad Babayev-Loğman Quliyev və Rəsul İbrahimov -Rauf Məmmədov görüşləri heç-heçə ilə nəticələnmişdir.
Ümumi mükafat fondu 13000 manat olan yarışda qalibə 5000 manat, II yeri tutan idmançıya 3000 manat, III yerə isə 2000 manat ayrılmışdır. Bundan başqa, 4-cü, 5-ci və 6-cı yerləri tutan şahmatçıları da müvafiq olaraq 1500, 1000, 500 manat məbləğində mükafatlar gözləyir.
Yarışda ilk üç yeri tutmuş şahmatçılar Bolqarıstanın Plovdiv şəhərində bu ilin yazında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]