Kişi voleybolçuların yarışında Fələstin yığmasına texniki məğlubiyyət verilib
Bakı, 13 may, Pərvanə Rəhimova, AZƏRTAC
Mayın 13-də - IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının üçüncü günündə “A” qrupunda yer alan Türkmənistan millisi ilə görüşə çıxmadığına Fələstin yığma komandasına texniki məğlubiyyət (3:0) verilib.
AZƏRTAC xəbər verir ki, bununla da Türkmənistan yığması İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəni təmin edib.
Gün ərzində daha iki qarşılaşma keçiriləcək. Hər iki oyunda Azərbaycan voleybolçuları mübarizə aparacaqlar. Saat 19:00-da qadınların yarışının “A” qrupunda yer alan Azərbaycan millisi Tacikistan, saat 21:30-da isə kişi voleybolçularımız Türkiyə yığmaları ilə üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:59]
Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]