KİSS qrupu öz musiqi kataloqunu və şəkillə bağlı hüquqlarını satır
Bakı, 6 aprel, AZƏRTAC
Cin Simmons və Pol Stenlidən ibarət əfsanəvi KİSS Amerika rok qrupu dəyəri 300 milyon dollardan çox olan şəkil və musiqi kataloqu üzərindəki hüquqlarını satmaq üçün müqavilə imzalayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müqavilə “Pophouse Entertainment” şirkəti ilə bağlanıb. “Pophouse” komandası eyni ilə ABBA kimi, lakin təkcə KİSS üzvlərindən ibarət virtual avatarlar yaradacaq. Şounun 2027-ci ilin ikinci yarısında hazır olması planlaşdırılır.
KİSS 1973-cü ilin yanvarında Nyu-Yorkda yaradılan, qlem-rok və hard-rok janrlarında ifa edən Amerika rok qrupudur. Qrup özünəməxsus şok-rok trendinin yaradılması, iştirakçılarının səhnə makiyajı, eləcə də müxtəlif pirotexniki effektlərlə müşayiət olunan konsert şouları ilə məşhurdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]