“KİTAB ALƏMİ”NİN YENİ NƏŞRLƏRİ
Kitabda dünya, o cümlədən Azərbaycan və rus ədəbiyyatında faciənin təkamülü məsələləri nəzərdən keçirilir. Azərbaycan ədəbiyyatında bu məsələləri öyrənən müəllif, yaradıcılığında həmin problemlər daha parlaq əks olunan Anarın əsərlərinə müraciət etmişdir.
Bakı Slavyan Universitetinin (BSU) 5 illiyi münasibətilə nəşr olunmuş əsərlər arasında “Müasir rus dilində anqlisizmlər” adlı dərs vəsaiti də vardır. Müəllif Xalidə Şərabçıyeva müasir rus dilinin ingilis dilindən alınma sözlər kimi aktual problemini təhlil edərək, bu sözlərin dilə daxil olması, uyğunlaşması və işlənməsini ətraflı araşdırmışdır.
R.Ramizoğlunun tərcüməsində Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelevin (1990-1997-ci illər) “Faşizm” kitabı da böyük maraq doğurur. Müəllif milyonlarla adamın məhvinə səbəb olmuş XX əsrin qəhvəyi taunu - faşizm ideologiyasını tədqiq etmişdir. Bu kitab sosialist Bolqarıstanında qadağan olunmuşdu. Tarixçilər və geniş oxucu dairəsi üçün nəzərdə tutulan kitaba müqəddiməni BSU-nin rektoru, professor Kamal Abdullayev yazmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]