DÜNYA
KİV: HƏMAS və İsrail girovlar barədə danışıqlarda irəliləyiş əldə edib
![KİV: HƏMAS və İsrail girovlar barədə danışıqlarda irəliləyiş əldə edib](/files/2023/3/1200x630/17004698354326022932_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarında irəliləyişə nail olublar.
AZƏRTAC “Yedioth Ahronoth” qəzetinə istinadla xəbər verir ki, Qətərdən olan vasitəçilərin sözlərinə görə, HƏMAS ilk mərhələdə 50 qadından və gəncdən ibarət girovlar qrupunu döyüş əməliyyatlarında dörd- beş günlük fasilə, 150 nəfər fələstinli qadın və uşağın İsrail həbsxanalarından buraxılması və Qəzza sektoruna yanacağın tədarükü müqabilində azad edə bilər.
İsrailin hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda HƏMAS hərəkatının əlində 240-250 nəfər girov var. Onların əksəriyyəti İsrail vətəndaşı olsa da, bəzilərinin ikili vətəndaşlığı mövcuddur. Həmçinin saxlanılanlar arasında İsrail vətəndaşlığı olmayan 35 nəfər də var ki, onların da əksəriyyəti İsrailə işləməyə gələn tailandlılardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [17:12]
NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib
- 24.06.2024 [16:49]
Şahzadə Anna xəstəxanaya yerləşdirilib
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]