KİV-LƏR ARASINDA ƏNƏNƏVİ ŞAHMAT TURNİRİNƏ START VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 20-də “Azərbaycan” nəşriyyatında KİV-lər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turniri başlanmışdır.
Turnirdə “Respublika”, “Azərbaycan”, “Savalan”, “Bakinski raboci”, “Super market”, “Müasir Naxçıvan” və digər mətbuat orqanlarını təmsil edən 24 şahmatçı iştirak edir. Qaydaya görə, iki qrupa bölünmüş yarış iştirakçıları arasından final mərhələsinə çıxanlar daha sonra olimpiya sistemi üzrə mübarizə aparacaqlar.
Artıq 11-ci dəfə keçirilən bu turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənovdur.
Yarışda ilk 6 yeri tutan şahmatçılar nəşriyyatın təsis etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirə mayın 28-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]