Kiyev raket və dronlarla vurulur, dağıntılar var
Kiyev, 14 noyabr, AZƏRTAC
Rusiya ordusu noyabrın 14-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu edib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib.
Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.
Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.
Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Podol, Şevçenko, Dneprovsk, Desnyansk rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Mülki insanlar arasında xəsarət alanlar var.
Hazırda da Kiyevə çoxkombinasiyalı hava hücumu davam edir.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]