Kiyev vilayətində karantin rejimi yenidən sərtləşdirilib
Kiyev, 27 iyun, AZƏRTAC
Kiyev vilayətində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi yenidən sərtləşdirilib.
AZƏRTAC xəbər verir ki, iyunun 27-dən qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan edilib və nəzarət tədbirləri gücləndirilib. Qərara əsasən 10 nəfərə qədər insan sanitar qaydalara əməl edərək tədbir keçirə bilər. İctimai nəqliyyata, bazarlara və ticarət mərkəzlərinə, uşaq bağçalarına nəzarət gücləndirilib.
Qeyd edək ki, son sutkada Ukraynada 948 nəfər koronavirusa yoluxub. Ümumilikdə bu infeksiyaya yoluxanların sayı 42 min 65 nəfərdir. Bu xəstəlikdən isə 1086 nəfər ölüb.
Epidemioloji vəziyyət pisləşdiyindən artıq Ukraynanın bəzi vilayətlərində yenidən sərt karantin rejiminə keçilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]