SİYASƏT
Kiyevdə Avronest Parlament Assambleyasının sessiyası keçiriləcək
Kiyev, 20 oktyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 30 oktyabr - 1 noyabr tarixlərində keçiriləcək sessiya çərçivəsində qurumun müxtəlif komitələrinin iclasları keçiriləcək.
Sonra sessiyada rəsmi çıxışlar olacaq, siyasi, iqtisadi məsələlər ətrafında müzakirələr aparılacaq.
Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev