KİYEVDƏ UŞAQLAR SÜD MƏHSULLARINDAN ZƏHƏRLƏNİBLƏR
Onun sözlərinə görə, “Kuxnya” uşaq südlü yeməkləri fabrikinin keyfiyyətsiz məhsullarından minə yaxın uşağın zəhərləndiyi güman edilir. Lopuşenko vurğulamışdır ki, hazırda fabrikin işi dayandırılmış, Kiyevdəki 66 paylayıcı məntəqənin hamısı bağlanmışdır. Əldə olunan məlumata görə, infeksiya Kiyev vilayətinə də yayılmışdır.
Səhiyyə nazirinin müavini Vladimir Bilıy demişdir ki, Kiyevin tibb müəssisələri 300 yer ayırmağa və lazım gələrsə, onların sayını artırmağa hazırdır.