Kiyevə kamikadze dronlarla hücum olub, xəsarət alanlar var
Kiyev, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-u səhər saatlarında Rusiya ordusu tərəfindən Kiyevə və Kiyev vilayətinə kamikadze dronların hücumu nəticəsində iki nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
İlkin məlumatlara görə, düşmənin hücumu nəticəsində iki nəfər yaralanıb. Həlak olanlar və dəyən ziyan barədə məlumat dəqiqləşdirilir.
İstintaqın məlumatına görə, Kiyev vilayətinə hücum nəticəsində pilotsuz uçuş aparatları mühüm infrastruktur obyektlərinə və fərdi yaşayış binalarına ziyan vurub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev