KİYEVİN “BORİSPOL” HAVA LİMANINDA FÖVQƏLADƏ HADİSƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 7-də Ukraynanın “Aerosvit” aviaşirkətinə məxsus və Kiyev-Bakı reysini yerinə yetirən “Boinq- 737” təyyarəsi Kiyevin “Borispol” hava limanında məcburi yerə enmişdir. Təyyarədə olan 111 adam arasında ölən və yaralanan yoxdur.
İlkin fərziyyəyə görə, yerəenməyə səbəb 105 sərnişinin əyləşdiyi kabinənin germetikliyinin pozulması olmuşdur.