KİYEVİN “BORİSPOL” HAVA LİMANINDA FÖVQƏLADƏ HADİSƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 7-də Ukraynanın “Aerosvit” aviaşirkətinə məxsus olan və Kiyev-Bakı reysini yerinə yetirən “Boinq-737” təyyarəsi Kiyevin “Borispol” hava limanında məcburən yerə enmişdir. Təyyarədəki 111 nəfər, o cümlədən 105 sərnişin arasında ölən və yaralanan yoxdur.
İlkin fərziyyəyə görə, yerəenməyə səbəb sərnişin salonunda hermetikliyin pozulması olmuşdur.