Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya xidməti yenidən fəaliyyətə başlayıb
Bakı, 11 aprel, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya (anju) xidməti yenidən fəaliyyətə başlayıb. Bu xidmət vasitəsilə ürək-damar xəstəliklərinin ağırlaşmasının, infarktın yaranmasının qarşısını almaq mümkündür.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, kardiologiyada “qızıl standart” hesab olunan bu müayinə üsulu koronar damarların müayinəsi, onlarda daralma, tıxanma və ya hər hansı başqa anomaliyaların olduğunu aşkar etmək üçün aparılan metoddur. Bu üsulda, əsasən, damarlara kontrast maddə yeritməklə rentgen çəkilir. Kontrast maddənin damarlarda yayılması zamanı aşkar edilən maneələr isə aradan qaldırılır.
Koronar angioqrafiya stenokardiyalı, ürəyin işemik xəstəliyi olan xəstələrdə miokard infarktının ilk saatlarında və bəzi əməliyyatlar zamanı əməliyyatdan öncə hazırlıq məqsədilə aparılır. Eyni zamanda, qapaq əməliyyatlarında, ritm pozuntuları və ürək çatışmazlığı olan xəstələrdə səbəbi aşkar etmək üçün koronar angioqrafiyadan istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]