KOBİA-nın nümayəndələri Qobuda saat fabrikində olub
Bakı, 14 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Qobu qəsəbəsində yerləşən "VMF Natural Frequencies" saat fabrikində olub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisə ilə tanışlıq çərçivəsində fabrikin fəaliyyətinə və inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparılıb. Hazırda 17 nəfər işçisi olan fabrikdə klassik, idman üslublu saatlar və uşaq saatları istehsal olunur. Müəssisədə ay ərzində 900-1200 saat istehsal edilir. Keçən ildən etibarən isə fabrikdə gün eynəklərinin istehsalına başlanılıb.