KÖHNƏ PULLAR TƏDRİCƏN DÖVRİYYƏDƏN YIĞIŞDIRILACAQ
Milli Bankın idarə heyəti sədrinin müavini Alim Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda 12 nominalda köhnə, 7 nominalda təzə pullar dövriyyədədir. Aprelin əvvəlindən 1000 manatdan aşağı nominalda köhnə pulların dövriyyədən yığılması, xırda metal pulların xüsusi çəkisinin artırılması nəzərdə tutulur. Sonrakı mərhələdə ilin axırınadək banklara daxil olan 10 və 50 min manatlıqlar dövriyyədən çıxarılacaqdır.