KOICA 2021-ci il üçün magistr proqramları üzrə təqaüd elan edir
Bakı, 3 fevral, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 2021-ci il üçün Koreya universitetlərində fərqli sahə üzrə əyani magistr proqramlarını açıq elan edir.
KOICA-dan AZƏRTAC-a bildirilib ki, təqaüd proqramları Koreyada təhsil almaq istəyən namizədlər, o cümlədən dövlət sektorunda çalışanlar və dövlət qulluqçuları üçün nəzərdə tutulur. Proqrama KOICA təqaüd proqramlarının tələblərinə uyğun gələn şəxslər müraciət edə bilər.
Magistr proqramları aşağıda qeyd olunan istiqamətləri əhatə edir:
-İqlim dəyişikliyi üzrə;
-Sosial iqtisadiyyat üzrə;
-İKT texnika siyasəti üzrə;
-Dövlət idarəetməsi və dövlət sektoru islahatları üzrə;
-Kənd təsərrüfatı iqtisadiyyatı üzrə;
-Kənd təsərrüfatı istehsalı üzrə;
-Şəhər və regional inkişaf üzrə;
-Səhiyyə siyasəti və maliyyələşdirmə potensialının artırılması üzrə;
-Enerji elmi və siyasəti üzrə;
-Gender və kənd icmalarının inkişafı üzrə;
-Maliyyə və vergi siyasəti üzrə;
-Gender və inkişaf üzrə;
-Dövlət idarəetməsi üzrə;
-Dayanıqlı və inklüziv inkişaf üçün ticarət və sənaye siyasəti üzrə;
-Aviasiya idarəetməsi üzrə.
Universitetin təqaüd proqramına dair ərizə formaları, tələblər, seçim proseduru və digər məsələlərlə bağlı daha geniş məlumat üçün KOICA-nın rəsmi ingilis dilli http://koica.go.kr/ciat/index.do veb-səhifəsinin sağ hissəsində yerləşən “Menu” bölməsindən “Stay Connected → Notice” adlı altbaşlıqlara daxil olmaqla müvafiq sənədləri yükləmək olar.
Ərizələr üçün KOICA Nümayəndəliyinə martın 15-dək müraciət etmək lazımdır. Hər hansı sual yaranarsa, iş günləri saat 09:00-dan 18:00-dək KOICA Azərbaycan Nümayəndəliyinə telefonla (+994 12 499 72 14) müraciət etmək mümkündür.