Kolizeyə toplu şəkildə alınan biletlərə görə tur-operatorlar 20 milyon avroyadək cərimələnib
Roma, 8 aprel, AZƏRTAC
İtaliyanın antiinhisar orqanı paytaxt Romanın simvolu sayılan və əsas turistik yerlərindən biri olan Kolizeyi ziyarət etmək üçün toplu şəkildə alınan biletlərə görə tur-operatorları ümumilikdə 20 milyon avroyadək cərimələyib.
AZƏRTAC xəbər verir ki, cərimələr Kolizey Arxeoloji Parkında 1997-ci ildən 2024-cü ilədək rəsmi bilet satışı xidmətini həyata keçirən 6 tur-operatora şamil olunub.
Məlumata görə, cərimələrin tətbiq olunmasına səbəb botlar və digər avtomatlaşdırılmış alətlər vasitəsilə yığılma nəticəsində əraziyə daxil olmaq üçün biletlərin uzun müddət əlçatan olmamasıdır. Təhqiqat 2023-cü ilin iyulunda Kolizey Arxeoloji Parkına giriş üçün onlayn biletlərin alınmasının əhəmiyyətli dərəcədə qeyri-mümkünlüyünü göstərən müxtəlif məlumatlar toplandıqdan sonra başladılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]
İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb
- 28.10.2026 [16:57]