KOMPLEKSİN ƏSAS KORPUSU TİKİLİR
Prezident İlham Əliyevin tapşırığına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə Sabirabadda Olimpiya İdman Kompleksinin (OİK) tikintisi uğurla davam etdirilir. Podratçı “Azqurinteryer” şirkəti 1000 tamaşaçı yeri olacaq əsas korpusun idman zalında quraşdırma tədbirlərini həyata keçirir. Obyektdə 110 nəfərdən artıq yerli əhali işlə təmin edilmişdir. Baş plana əsasən 10 hektar sahəsi olacaq şəhərcikdə, əsas korpusla yanaşı, üzgüçülük hovuzu, mini-futbol, voleybol, basketbol meydançaları, tennis kortu, 12 kottec, mehmanxana, nasosxana, qazanxana və avtomobil dayanacağı olacaqdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, OİK-in inşasının gələn il başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]